28 fevral 2013 15:38

Kamran Ağayev: Siz məni Buffonla Kasilyasdan zəif bilirsiz?

Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi
 
- “Bakı”nın “Rəvan”la həlledici oyunundan nə gözləyirsiz?
- Qələbə qazanmaq lazımdı. Əgər əvvəllər digər komandaların nəticələrindən asılı idiksə, indi hər şey öz əlimizdədi.
 
- Kubokda da yarımfinala çıxmaq şanslarınız qalır...
- İlk oyunda qollu heç-heçə bizim üçün heç də uğurlu nəticə sayıla bilməz. Amma şansımız qalır. “Bakı” bu mövsüm nəsə qazanmalıdı. Çünki iddialı bir klubun başqa çıxış yolu olmamalıdı.
 
- Sizin yeni komandanızda debütünüz hələ də baş tutmayıb...
- Qışda komandaya çoxlu yeni futbolçu gəlib. Bəziləri dərhal oynamaq şansı qazandı. Kiməsə isə vaxt lazımdı. Unutmayın ki, mən yarım il futbol oynamamışam. Digər komanda yoldaşlarımla müqayisədə hələ də debüt edə bilməməyimi də başa düşmək olar. Amma mütləq oynayacam.
 
- Bəs nə vaxt?
- Artıq forma yığmağa başlamışam və oynamağa hazıram. Baxmayaraq ki, hələ çatışmazlıqlar var. İşləmək lazımdı. Tam hazır olmadan meydana çıxıb, komandanı pis vəziyyətdə qoymağı da istəmirəm.
 
- Əvvəlki oyunlarda adınız iştirak ərizəsində olsa da, “İnter”lə görüşdə heç ilk “18-liy”ə də düşməmişdiniz...
- Aqil Məmmədov zədədən sonra sıraya dönmüşdü. Ona görə də mən siyahıdan kənarda qaldım.
 
- Martın 22-də və 26-da yığmamızı Lüksemburq və Portuqaliya ilə oyunlar gözləyir. Yığmaya dəvət olunmağınıza ümidiniz var?
- Yığmamızın qapıları yaxşı oynayan hər bir futbolçunun üzünə açıqdı. Əgər o vaxta qədər tam hazır olsam, həmin oyunlarda da iştirakım mümkündü. Təbii ki, çağırılsam. Çox istərdim ki, bu oyunlarda komandamıza kömək edim.  Bax mənim sizə sualım var: biz futbol oynamağı bacarırıq?

 
- Baxır kiminlə...
- Ən yaxşılarla.
 
- Məsələn, siz Kasilyas və Buffon kimi qapıçılarla müqayisədə geri qalırsız.
- Sağ olun.
 
- Sizin nəsə xoşunuza gəlmədi?
- Xeyr. Siz belə hesab edirsiz. Yəqin ki, siz düz danışırsız.
 
- Niyə “yəqin ki”? Məgər siz “Real” və “Juventus” kimi klublarla çoxsaylı titullar qazana bilmisiz?
- Yalnız bunlara görə müqayisə aparmağı düzgün hesab etmirəm. Meydanda göstərilən oyuna da baxmaq lazımdı.
 
- Bəlkə siz ispan və ya italiyalı olsaydız, buna nail ola bilərdiz...
- Mən ispan və ya italiyalı olmaq istəməzdim. Fəxr edirəm ki, azərbaycanlıyam. Yalnız öz ölkəmə faydalı olmaq istəyirəm. Həmçinin mənim bu ölkədə bəzilərinə sübut etmək istədiklərim var.
 
- Kimə?
- Həmin adamlar özləri bilirlər kimləri nəzərdə tuturam. Hansılar ki, mənə inanmırdılar. Həyat hələ davam edir. Mən ehtiyatda oturmaq istəmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.