28 fevral 2013 15:57
Estoniya yığmasının üzvü Rəvandan FİFA-ya şikayət etdi
“Rəvan”ın sabiq qapıçısı Artur Kotenko Azərbaycan çempionatındakı çıxışını xatırlayıb. Azerisport.az xəbər verir ki, 2011-ci ildə paytaxt klubunda dörd oyun keçirmiş Estoniya yığmasının qapıçısı futbolumuzdakı problemlərdən də danışıb:
- Kiprdə futbol üçün əla şərait var. Düzdü, onlarda da problemlər var. Məsələn, futbolçuların maaşının vaxtında ödənilməsi ilə bağlı. Pulsuz qalanda da futbola köklənmək çətin olur. Azərbaycana gəlincə, mənə elə gəlir ki, bu ölkədə futbol yenicə inkişaf edir. İrəli getmək istəmirəm, amma orda futbol hələ qaydasında deyil. Ümid edirəm ki, Azərbaycan futbolunda hər şey tezliklə qaydasına düşəcək.

- Kiprdəki borcunuzu hələ də ala bilməmisiz?
- Söz veriblər. Amma hələ də borcları qalır.

- Bu pullarınızı əldə etmək üçün nəsə etmisiz?
- Əlbəttə. Hazırda FİFA-nın vasitəsi ilə bu məsələnin həllinə çalışıram. Azərbaycan klubu ilə də bağlı oxşar problem var. Mən “Rəvan”dan məhz ona görə ayrıldım ki, klubun mənə borcu var idi. Orda da xeyli pulum qalır.