28 fevral 2013 16:33
Cavid İmamverdiyev: Orda baş verənlər haqda danışmaq istəmirəm
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Simurq”la səfər oyunundan sonrakı qalmaqaldan danışmaqdan imtina edib. Azerisport.az saytına müsahibəsində o, sadəcə bunları dilə gətirib:
“Həmin oyundan sonra baş verənlər haqda danışmaq istəmirəm. Nə oldu, orda qaldı. Mən qarşıdakı oyunlarımızı düşünürəm”.
