1 mart 2013 17:45
Qarabağ İnterlə oyuna hazırlaşır
“Qarabağ” “İnter”lə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Premyer Liqanın təsnifat mərhələsinin son turunda “İnter”i qəbul edəcək ağdamlılar günün yeganə çalışmasını oyunun keçiriləcəyi Tofiq Bəhramov adına mərkəzi arenada keçəcək.
“Qarabağ” “İnter”lə oyuna itkilərlə çıxacaq. Belə ki, müdafiəçi Ansi Aqolli ötən tur “Rəvan”la baş tutan oyunda mövsüm ərzində 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb. Eləcə də sonuncu görüşdə zədə səbəbindən əvəzlənən Riçard Almeydanın da meydana çıxması sual altındadı.
“Qarabağ”ın yeni transferi Emeka Opara da artıq məşqlərə başlayıb. Ağdamlılar sabah daha bir məşqlə hazırlıqlarını tamamlayacaqlar.
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu martın 3-də, bazar günü saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
