1 mart 2013 18:12
Topaz Premyer Liqası: 22-ci turun hakimləri bəlli oldu
Futbol üzrə Topaz Premyer Liqasının 22-ci turuna təyinatlar açıqlanıb. Azerisport.az sizi həmin təyinatlatla tanış edir.
Qeyd edək ki, ilkin mərhələnin son turunun oyunları hamısı eyni gündə - martın 3-də keçiriləcək. Həlledici qarşılaşmaları isə aşağıdakı hakimlər idarə edəcəklər:
Topaz Premyer Liqası
22-ci tur
3 mart (bazar)
“Qarabağ” – “İnter”
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Nahid Əliyev, Orxan Məmmədov
T.Bəhramov adına Respublika stadionu, 17:00
“Kəpəz” – “Simurq”
Hakimlər: Anar Salmanov, Cavanşir Yusifov, Namiq Hüseynov, Tahir Əhmədov
Dalğa Arena stadionu, 14:00
“Bakı” – “Rəvan”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Ramiz Əsədov, Sərxan İsmayılov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 15:00
“Xəzər Lənkəran” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, İsgəndər Əliyev, İnqilab Məmmədov
Lənkəran şəhər stadionu, 15:00
“Turan” – “Neftçi”
Hakimlər: Elvin Əsgərov, İlham Əliyev, Rza Məmmədov, Feyzulla Feyzullayev
İ,Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 15:00
AZAL – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
AZAL Arena stadionu, 15:00
