1 mart 2013 12:05
Böyükağa Hacıyev: Əminəm ki, Turan bu dəfə bizə müqavimət göstərməyə çalışacaq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 22-ci turunun “Turan”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bizim üçün hər oyun vacibdi. Ola bilər hansısa komanda ilk altılıq ərəfəsində arxayınlaşmaq istəyir. Amma “Neftçi”də belə şey ola bilməz. Lider olmaq çətindi, amma zirvədə qalmaq ondan da çətindi. Uşaqlara demişəm ki, bizi çətin və uzun marafon gözləyir. Bu marafondan qalib ayrılmalıyıq. Bütün rəqiblərimizə hörmət edirəm. Amma çempion olmağımız üçün bütün rəqiblərimiz üzərində qələbə qazanmaq lazımdı. Tovuza da qələbə dalınca gedirik. Bilirik ki, orda oynamaq çətin olacaq. Əminəm ki, “Turan” bu dəfə bizə ciddi müqavimət göstərəcək. Qələbə qazanmalıyıq”.