1 mart 2013 12:36

Rəşad Sadıqov: Legioner futbolçularımıza yerlilərlə rəqabət aparmaq asan olmayacaq

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
 
- “Qəbələ” ilə kubok oyunu barədə nə deyə bilərsiz?
- Çətin oyun oldu. Oyunun əvvəlində bizdə heç də hər şey yaxşı getmirdi. Amma buraxılan qoldan sonra uşaqlar toparlana bildilər. İrəli atılıb, qol vurmağa çalışdıq. Xoşbəxtlikdən, bu, bizdə alındı. Nadirovun cavab qolundan sonra hər iki komandanın növbəti dəfə fərqlənmək imkanı var idi. Əminəm ki, cavab görüşü də gərgin keçəcək.
 
- Maraqlıdı ki, cəmi bir neçə tur öncə də bu komanda ilə səfərdə məhz 1:1 hesablı heç-heçəyə razılaşmışdız...
- “Qəbələ” tək bizim üçün yox, bütün komandalara çətin rəqibdi. Fikrimcə, biz onlara qarşı heç də pis oynamadıq. Səfərdə oynasaq da, hər iki görüşdə rəqibdən daha yaxşı təsir bağışladıq.
 
- Qarşıda “İnter”lə prinsipial oyun var...
- “İnter” ölkənin ən güclü klublarından biridi. Başa düşürük ki, bizi ağır və çətin oyun gözləyir. Digər komandalardan fərqli olaraq, “İnter” müdafiə futboluna üstünlük verir. Buna görə də biz bu komandanın qapısına yol tapmaq haqda düşünməliyik. Qələbə qazanmaq istəyirik. Necə olacağını isə zaman göstərəcək.
 
- Yəqin ki, “bankirlər” “Neftçi”yə məğlubiyyətdən sonra növbəti dəfə eyni aqibətlə üzləşməyi düşünmürlər...
- Həqiqətən də onların “Neftçi”yə məğlubiyyəti sözünü deyəcək. Onlar müsahibələrində də bizdən üç xal almağa çalışacaqlarını gizlətmirlər.
 
- Emeka Oparanın transferi ilə bağlı nə deyə bilərsiz?
- Bizdə nə qədər yeni oyunçu olsa da, komandanın özəyi saxlanılır. Məsələn, elə “Qəbələ” ilə oyunda da meydandakıların əksəri yerli uşaqlar idi. Bizim hücum xəttimiz Vaqif-Əfran-Vüqar üçlüyündən ibarətdi. Hansı ki, bu üçlük vaxtilə avrokuboklarda da çıxış edirdi. Opara ilə yanaşı digər yeni transferimiz – Reynaldoya da əsas heyətə düşmək üçün rəqabət aparmaq çətin olacaq. Kim özünü daha yaxşı göstərə biləcək, o da oynayacaq.
 
- İlk altılığın beş iştirakçısı bəllidi. Sizcə, son vəsiqəyə kim daha şanslıdı: “Bakı”, “Xəzər Lənkəran”, yoxsa AZAL?
- “Bakı”nın şansları daha yüksəkdi. Amma “Rəvan” “Xəzər Lənkəran”a qarşı oynadığı kimi çıxış edə bilsə, “Bakı”ya problem yarada bilər.
 
- Ruslan Abışovun Rusiya “Rubin”inə keçidini necə qarşıladınız?
- Əlbəttə, bu, bütün Azərbaycan futbolu üçün çox sevindirici xəbərdi. Ruslan məsuliyyətli oğlandı. Öz üzərində işləməyi bacarır. Fikrimcə, o, bizi Rusiyada layiqincə təmsil edə biləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.