1 mart 2013 12:58
Turan – Neftçi oyununun keçirilmə yeri və vaxtı dəyişdirildi
Topaz Premyer Liqasının 22-ci turunun “Turan” – “Neftçi” oyununun keçirilmə yeri və vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən qarşılaşma martın 3-də keçiriləcək. Qarşılaşma Tovuzda yox, İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
Topaz Premyer Liqası
22-ci tur
3 mart (bazar)
15:00. Turan – Neftçi
Bakı. İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
