1 mart 2013 13:30
İnterin məşqçisi UEFA lisenziyası aldı
“İnter”in əvəzedici heyətinin baş məşqçisi Tofiq Mustafayev UEFA-nın məşqçilər üçün “A” kateqoriyalı lisenziyasını alıb. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, UEFA-nın “A” kateqoriyası üzrə kursları 2012-ci il noyabr ayının 24-dən dekabr ayının 15-dək Bakıda keçirilmişdi. Kurslara almaniyalı mütəxəssis Nikolay Adam rəhbərlik etmişdi.
Qeyd edək ki, Tofiq Mustafayev “İnter”in ehtiyat heyətinə 2011-ci ilin yayından rəhbərlik edir.
