5 mart 2013 02:20
İspaniya çempionatı: Real Barcelonanı məğlub yola saldı (YENİLƏNİB)
Futbol üzrə İspaniya çempionatında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Getafe” evdə “Zaragoza” ilə qarşılaşıb. Meydan sahibləri 2 cavabsız qolla qalib gəliblər.
İkinci oyun günündə növbəti "El-Klassiko" baş tutub. Bu dəfə “Real” “Barcelona”nı məğlub yola salıb. “Deportivo” “Rayo Vallecano” ilə sülhə razılaşıb. “Osasuna” “Athletic”ə məğlub olub. “Valencia” da “Levante” ilə xalları yarı bölüb.
Bazar günü “Granada” “Mallorca”ya uduzub. “Espanyol” “Valladolid”, “Malaga” “Atletico” ilə qolsuz heç-heçə edib. “Real Sociedad” - “Betis” matçında da 6 qol vurulmasına rəğmən, qalib müəyyənləşməyib.
Nəhayət, turun son oyun günündə “Sevilla” “Celta”nı sınağa çəkib. Meydan sahibləri darmadağınla qalib gəliblər.
İspaniya La Liqası
26-cı tur
1 mart
Getafe – Zaragoza – 2:0
Qollar: Kolunqa, 21, Eskudero, 61-pen.
2 mart
Real - Barcelona - 2:1
Qollar: Benzema, 6, Ramos, 82 - Messi, 18.
Deportivo - Rayo Vallecano - 0:0
Osasuna - Athletic - 0:1
Qol: Laskurain, 63.
Valencia - Levante - 2:2
Qollar: Yonas, 27, Soldado, 45 - İborra, 16, Barkero, 89.
3 mart
Granada - Mallorca - 1:2
Qollar: Nolito, 9 - Alfaro, 13, Hemed, 90.
Espanyol - Valladolid - 0:0
Malaga - Atletico - 0:0
Real Sociedad - Betis - 3:3
Qollar: Vela, 51, Martines, 56, Prieto, 62-pen - Molina, 29, Pabon, 49; 66.
4 mart
Sevilla - Celta - 4:1
Qollar: Neqredo, 12; 29; 68, Medel, 66 - Fernandes, 40.
| 1 | Barcelona | 26 | 22 | 2 | 2 | 83 | 30 | +53 | 68 |
| 2 | Atletico | 26 | 18 | 3 | 5 | 48 | 23 | +25 | 57 |
| 3 | Real | 26 | 17 | 4 | 5 | 64 | 24 | +40 | 55 |
| 4 | Malaga | 26 | 12 | 7 | 7 | 37 | 24 | +13 | 43 |
| 5 | Valencia | 26 | 12 | 6 | 8 | 38 | 39 | –1 | 42 |
| 6 | Real Sociedad | 26 | 11 | 8 | 7 | 44 | 34 | +10 | 41 |
| 7 | Betis | 26 | 12 | 4 | 10 | 37 | 38 | –1 | 40 |
| 8 | Rayo Vallecano | 26 | 12 | 2 | 12 | 34 | 43 | –9 | 38 |
| 9 | Getafe | 26 | 11 | 5 | 10 | 37 | 44 | –7 | 38 |
| 10 | Levante | 26 | 10 | 5 | 11 | 32 | 40 | –8 | 35 |
| 10 | Sevilla | 26 | 10 | 5 | 11 | 38 | 38 | 0 | 35 |
| 12 | Valladolid | 26 | 9 | 7 | 10 | 34 | 33 | +1 | 34 |
| 13 | Espanyol | 26 | 8 | 8 | 10 | 31 | 35 | –4 | 32 |
| 14 | Athletic | 26 | 8 | 5 | 13 | 31 | 50 | –19 | 29 |
| 15 | Osasuna | 26 | 7 | 7 | 12 | 22 | 28 | –6 | 28 |
| 16 | Granada | 26 | 7 | 5 | 14 | 25 | 38 | –13 | 26 |
| 17 | Zaragoza | 26 | 7 | 4 | 15 | 25 | 38 | –13 | 25 |
| 18 | Celta | 26 | 6 | 5 | 15 | 25 | 36 | –11 | 23 |
| 19 | Mallorca | 26 | 5 | 6 | 15 | 26 | 49 | –23 | 21 |
| 20 | Deportivo | 26 | 3 | 8 | 15 | 29 | 56 | –27 | 17 |
