1 mart 2013 15:16
Portuqaliya Azərbaycan ilə oyun öncəsi ciddi itki ilə üzləşdi
Futbol üzrə Portuqaliya yığması DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycanla səfər oyunu öncəsi ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, millimizin rəqibinin əsas oyunçularından olan Eder “Braga”nın “Benfica”ya qarşı oyununda ciddi zədə alıb.
Artıq həkimlər onun uzun müddət yaşıl meydanlardan kənar qalacağını açıqlayıblar. Eder gələn mövsümün sonunadək futbol oynaya bilməyəcək.
Bu üzdən Eder Bakıya da gəlməyəcək. Qeyd edək ki, Portuqaliya martın 26-da Azərbaycan millisinin qonağı olacaq.
