1 mart 2013 15:59
Elman Ələkbərov: Millinin baş məşqçisinin getmək vaxtıdı
Futzal üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Elman Ələkbərovun azerisport.az saytına müsahibəsi
- Yubileyiniz münasibətilə sizi təbrik edirik!
- 50 yaşım tamam olsa da, özümü yaxşı hiss edirəm. Bu da təbii ki, ailəmin və yaxınlarımın sayəsindədi. Mənə elə gəlir ki, hətta futzal üzrə Azərbaycan yığmasında da oynaya bilərəm (gülür).
- Sizi daha çox futzaldakı xidmətlərinizə görə tanıyırlar...
- Futzalı mən hələ 80-ci illərin əvvəlində, Çexoslovakiyada oynayan dövrdən sevirdim. Rəhmətlik Ruslan Abdullayev bu idman növünü həmişə bizə sevdirməyə çalışırdı.
- Yenidən futzala qayıtmaq fikriniz yoxdu?
- Düzünü desəm, var. Amma mən heç kimə maneə yaratmaq istəmirəm. Qoy bununla gənclər məşğul olsunlar. Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio da yerini möhkəmləndirib. Amma son iki ildə heç nəyə nail olmayıb. Həmişə vaxtında getmək lazımdı. Belarusla oyun da göstərdi ki, bizim çoxlu problemlərimiz var. Futzalda yeni adlar var. Onlara indidən şans tanımaq lazımdı.

- Bəlkə, ona daha bir şans verməyə dəyər? Çünki bu ay AÇ-2014-ün seçmə mərhələsinin oyunları olacaq...
- Bizim az qala 40 yaşı tamam olacaq futzalçılardan nəsə gözləməyimiz sadəlöhvlükdü. Alesionun getmək vaxtıdı. Əgər yığmanın baş məşqçisi ölkədə futzalçı olmadığını deyirsə, bu, ilk növbədə onun özü üçün mənfi haldı. Soruşmaq lazımdı ki, bəs sən nə işlə məşğulsan?
- Bəs qarşıdakı seçmə mərhələ oyunlarından nə gözləyirsiz?
- Bu cür yaşlı oyunçularla lazım olan nəticəni qazanmaq çətin olacaq. Məsələn, Felipe artıq çoxdan tükənib. Onun mövqeyində yerli futzalçıları oynatmaq lazımdı. Gənclərə daha çox şans vermək lazımdı. Əlbəttə, o dəqiqə hər şeyin alınmayacağı aydındı. Amma bu, gec-tez gediləsi yoldu. Rəcəb Fərəczadənin güclü tərəflərindən niyə istifadə olunmur ki? Suallar çoxdu, amma cavabı yoxdu. Fikrimcə, biz bu mərhələni keçəcəyik.