2 mart 2013 11:26

Qurban Qurbanov: İtkiləri nəzərə alsaq, İnterlə oyunda heç-heçə də bizim üçün pis nəticə sayılmayacaq

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi
 
- “İnter”lə oyuna hazırlıqlar necə gedir?
- Qarşımızda öncə “Qəbələ” ilə kubok çərçivəsindəki çətin səfər matçından sonra bərpa olmaq vəzifəsi dururdu. Fikrimcə, bütövlükdə pis hazırlaşmamışıq. Problemlər var. Amma oyuna yaxşı əhval-ruhiyyədə çıxacağımızı düşünürəm.
 
- Bu oyunda Ansi Aqolli ilə Riçard Almeyda komandaya kömək edə bilməyəcək...
- Aqolli matçı dəqiq buraxacaq. Çünki son turda dördüncü sarı vərəqə ilə cəzalandı. Almeyda ilə bağlı isə dəqiq bir söz demək olmur. Hər şey onun özündən asılı olacaq. Mümkündü ki, oyunun iştirak ərizəsinə salınsın və son dəqiqələrdə komandaya kömək etsin. Zaman göstərəcək.
 
- Onların yoxluğu komandaya mənfi təsir göstərə bilməz ki?
- Hər iki futbolçu əsas heyətin üzvüdü. Təbii ki, ciddi itkilərdi. Amma biz çalışacağıq ki, onların yoxluğu hiss olunmasın. Hər futbolçunu layiqincə əvəzləyəcək heyətimiz var.
 
- Bəs “İnter”lə oyun haqda nə deyə bilərsiz?
- Liderlərdən birinə qarşı oynayacağıq. Yəqin ki, bizi çox çətin oyun gözlədiyini deməklə Amerika kəşf etmiş olmuram. İtkilərə rəğmən, biz düzgün oyun qurmağa çalışmalıyıq. Yalnız belə olan halda müsbət nəticəyə ümid edə bilərik.
 
- İtkiləri də nəzərə alsaq, bu oyunla bağlı elə də yüksək hədəflərinizin olmadığını demək olar?
- Bizim üçün turnir cədvəli baxımından bu oyunda qələbə qazanmaq çox vacibdi. Özü də unutmaq lazım deyil ki, biz hamıdan az qol buraxan, hamıdan az uduzan bir komandaya qarşı oynayacağıq. Hər şeyə rəğmən, qələbəyə oynayacağıq. Amma itkiləri nəzərə alsaq, heç-heçə də bizim üçün pis nəticə sayılmayacaq.
 
- Amma heç-heçə qeydə alınsa, “Turan”la oyunda qələbə qazanması istisna olunmayan “Neftçi” xal fərqini daha da artıracaq...
- Biz də bütün bunları nəzərə alırıq. Dediyim kimi, bu oyunda qələbə qazanmaq bizim üçün çox vacibdi. Elə rəqib komanda üçün də eyni sözləri demək olar. Bir sözlə, maraqlı oyun izləyəcəksiz.
 
- Komandanın son turlardakı çıxışından razısız?
- Oyundan-oyuna artırırıq. Hər bir futbolçumuzun potensialını açmağa çalışırıq.
 
- Əfran İsmayılov, Vüqar Nadirov və Vaqif Cavadovun oyunundan razısız?
- Vüqarla Əfran “Qəbələ” ilə kubok oyununda özünü yaxşı tərəfdən göstərməyi bacardı. Elə Vaqif də. Onlar hər oyun artırırlar və ən yaxşı günlərini xatırladırlar. Fiziki formaları nə qədər yaxşı olsa, bir o qədər faydalı olurlar. Bu üçlük “Qarabağ” üçün çox vacibdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.