2 mart 2013 11:58
Məlikovla İsayev üçün xoş sürpriz (VİDEO)
Türkiyənin “Denizlispor” klubunun fanatları komandanın üzvləri üçün sürpriz hazırlayıblar. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rail Məlikovla Arif İsayevin də heyətində yer aldığı komandanın “Boluspor”la növbəti oyuna hazırlıq prosesi zamanı qəflətən arenanın işıqları söndürülüb.
Bu zaman bir qrup fanat əllərindəki məşalələri yandıraraq, komanda üzvlərinə dəstək şüarları səsləndirməyə başlayıblar. Qısa fasilədən sonra isə komanda məşqlərini davam etdirib.
