2 mart 2013 12:45
Mahmud Qurbanov: Simurqla oyunda meydanı ən azı 1 xalla tərk edə bilərik
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 22-ci turunun “Simurq”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Birinci dövrədə biz bu komandaya qarşı layiqli mübarizə aparmışdıq. Baxmayraq ki, sonda 1:2 hesabıyla uduzduq. Komandamız çempionatın autsayderidi. Üç xal qazanmaq bizim üçün çox vacibdi. Etiraf edirəm ki, son uğursuzluqlar komandaya çox pis təsir edib. Buna görə indi komandaya qələbə qazanmaq çox vacibdi ki, özünə gələ bilsin. Əsas layiqli oyun sərgiləməkdi. Əgər “Kəpəz” “Simurq”un hücumlarının qarşısını kəsə bilsə, meydanı ən azı bir xalla tərk edə bilərik”.