3 mart 2013 00:16
Simurq hazırlıqları tamamladı
Topaz Premyer Liqasının təsnifat mərhələsinin son turunda "Kəpəz"in qonağı olacaq “Simurq” hazırlıqlarını tamamlayıb. Azerisport.az xəbər verir ki, ötən gün qarşılaşmanın oynanılacağı "Dalğa Arena"da oyun öncəsi son məşqini çıxan "Simurq", qaçış və isinmə hərəkətlərindən sonra taktiki çalışmalara keçib.
Qısa ötürmələr və "kvadrat" oynadıqdan sonra ikitərəfli matçla hazırlıqları tamamlayıb. Bundan sonra istirahətə çəkilən Zaqatala təmsilçisi qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb.
22-ci tur çərçivəsində keçirələc "Kəpəz" - "Simurq" oyunu saat 14:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi FİFİ referi Anar Salmanov olacaq.
