3 mart 2013 00:33

İlkin sonu

Bu gün Topaz Premyer Liqasında 22-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, təsnifat mərhələsinin son turunun bütün görüşləri eyni gündə baş tutacaq.
 
Son turun açılış matçında “Kəpəz” Bakıda “Simurq”u “qəbul edəcək”. Zaqatala klubu qarşılaşmanın əsas favoritidi. Çünki bu komanda cari mövsümü yüksək səviyyədə keçirdiyi halda, Gəncə təmsilçisi əksinə, ən uğursuz günlərini yaşayır və sonuncu pillədə qərarlaşıb. “Simurq” qonağı olacaq “Kəpəz”lə matçlarda indiyə qədərki oyunlarda da böyük üstünlüyə malikdi. Elə son 2 qarşılaşmada da Zaqatala təmsilçisi qalib gəlib. Birinci dövrədə Zaqatalada keçirilən görüşdə “Simurq” 2:1 hesabıyla üstün olmuşdu.
 
Digər autsayder-favorit dueli də “Turan”la “Neftçi” arasında baş tutacaq. Elə Gəncə təmsilçisi kimi, Tovuz klubu da “ağ-qaralar”ı Bakıda “qəbul edəcək”. Ardıcıl 4 matçda qalib gələn “Neftçi” son 10 matçda bu rəqibinə uduzmayıb. 2031 gündən sonra rəqibini məğlub etməyə çalışacaq “Turan” 44-cü duel ərəfəsində aşkar geridədi. Bakılılar vurulan qolların sayında ikiqat üstünlüyə malikdilər. İlk dövrədə keçirilən görüşdə də “Neftçi” 2:1 hesabıyla üstün olmuşdu.
 
Bu tur həm də ilk altılığa son vəsiqənin taleyinə aydınlıq gələcək. Qeyd edək ki, bu vəsiqəyə üç namizəd qalıb – “Bakı”, “Xəzər Lənkəran” və AZAL. Yeganə vəsiqəyə ən real namizəd isə “Bakı”dı. Paytaxtın eyni adlı klubu hazırda altıncı pillədə qərarlaşıb. “Zolaqlılar”ın ən güclü altı klub arasında yer alması üçün sadəcə “Rəvan”ın məğlub etməsi yetərli olacaq. Belədə, “Xəzər Lənkəran” və AZAL-ın oyunlarının nəticəsindən asılı olmayaraq, Bojidar Bandoviçin komandası ilk altılığa vəsiqəni rəsmiləşdirmiş olacaq. Amma bu, heç də asan olmayacaq. Çünki “Rəvan” hər mövsüm olduğu kimi, bu il də favoritlərə ciddi problemlər yaratmaqda davam edir. Elə ilk dövrədə keçirilən oyunda da paytaxt klublarının dueli 1:1 hesabıyla başa çatmışdı. Amma paytaxtın eyniadlı təmsilçisi bu rəqibi lə matçlarda indiyə qədər hələ uduzmayıb. 4-cü dəfə baş tutacaq paytaxt derbisində “Bakı” daha üstündü.
 
İlk altılıq şansı qalan digər komanda - “Xəzər Lənkəran” isə Lənkəranda “Sumqayıt”ı sınağa çəkəcək. “Bakı”dan fərqli, cənub klubunun aqibəti öz əlində deyil. Çünki bölgə təmsilçisi hətta qələbə də qazansa, “Rəvan”ın “Bakı”dan xal almasını arzulamalı olacaq. Lakin bunun üçün ilk növbədə “Sumqayıt”a qalib gəlmək lazımdı. “Xəzər Lənkəran” cəmi 3 dəfə qarşılaşdığı görüşlərdə bu rəqibinə məğlub olmayıb. Cənublular baş tutan hər 3 qarşılaşmada qol vurub. İlk dövrədə keçirilən görüş isə 1:1 hesabıyla bitmişdi.
 
Ən nəhayət, altılığa düşməyə hamıdan az şansı olan AZAL da bu tur “Qəbələ”ni qəbul edəcək. Son 5 qarşılaşmada uduzmayan AZAL “Qəbələ” ilə matçlarda üstünlüyə malikdi. Paytaxt təmsilçisi qələbə sayəsində 3 qat, top fərqində 2 qat öndədi. Amma bu dəfə heç də asan olmayacaq. Əvvəla “Qəbələ” bu mövsüm “təyyarəçilər”ə nisbətən daha uğurlu çıxışı ilə seçilir. Digər tərəfdən paytaxt klubunun üzərində psixoloji təzyiq də olacaq. İlk dövrədə qolsuz heç-heçəyə razılaşan komandaların bu dəfəki duelindən AZAL qalib ayrılsa belə, digər iki oyunda “Xəzər Lənkəran”la “Bakı”nın xal itirməsini arzulayacaq. Baxmayaraq ki, bu komandaların ikisinin də xal itirməsi bir qədər inandırıcı görünmür.
 
Ən nəhayət, turun mərkəzi və qapanış matçında “Qarabağ” “İnter”i qəbul edəcək. 8 oyundu rəqibinə uduzmayan “Qarabağ” bu matçlardan 5-də qalib gəlib. Rəqibini 904 gündən sonra məğlub etməyə çalışacaq “İnter” ümumilikdə baş tutan 32 oyunun balansında da geridədi. Ağdamlılar son 4 ev qarşılaşmasında eyni – 1:0 hesabı ilə qalib gəlib. Onlar ardıcıl 7 oyundu ki, evdə rəqib qapısına 1 qol vurur. İlk dövrədə “İnter”in meydanında baş tutan görüş isə 1:1 hesabıyla başa çatmışdı. “Qarabağ” qələbə qazanacağı halda, turnir cədvəlində ikinci pilləyə yüksələ bilər. Bu üzdən “İnter”ə hətta heç-heçə də sərf edəcək.
 
Topaz Premyer Liqası
22-ci tur
3 mart (bazar)
 
14:00. Kəpəz – Simurq
Hakimlər: Anar Salmanov, Cavanşir Yusifov, Namiq Hüseynov, Tahir  Əhmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. Dalğa Arena.
 
15:00. Bakı – Rəvan
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Ramiz Əsədov, Sərxan  İsmayılov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Nüvər Xasıyev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
15:00. Xəzər Lənkəran – Sumqayıt
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, İsgəndər Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Lənkəran şəhər stadionu.
 
15:00. Turan – Neftçi
Hakimlər: Elvin Əsgərov, İlham Əliyev, Rza Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
 
15:00. AZAL – Qəbələ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. AZAL Arena.
 
17:00. Qarabağ – İnter
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Nahid Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
T.Bəhramov adına Respublika stadionu.
 
1 Neftçi 21 13 2 6 44 22 +22 41
2 İnter 21 11 7 3 24 12 +12 40
3 Qarabağ 21 10 8 3 30 19 +11 38
4 Simurq 21 9 8 4 24 14 +10 35
5 Qəbələ 21 9 5 7 25 21 +4 32
6 Bakı 21 5 12 4 22 14 +8 27
7 XL 21 7 6 8 30 25 +5 27
8 AZAL 21 6 8 7 26 24 +2 26
9 Turan 21 6 5 10 22 32 –10 23
10 Rəvan 21 6 4 11 22 34 –12 22
11 Sumqayıt 21 5 6 10 18 37 –19 21
12 Kəpəz 21 2 3 16

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
© 2006—2026 «Azerisport.com» Bütün hüquqlar qorunur. Materiallardan istifadə zamanı «azerisport.com»-a mütləq istinad olunmalıdır.