2 mart 2013 13:54
Lüksembuq Azərbaycanla oyun öncəsi Almaniya klubu ilə qarşılaşacaq
Futbol üzrə Lüksemburq yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri rəsmi oyun öncəsi sınaq matçında qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, lüksemburqlular Almaniyanın “Saarbrucken” klubu ilə qarşılaşmağa qərar veriblər.
Almaniyanın üçüncü divizionunda çıxış edən bu klubla görüşün dəqiq vaxtı və tarixi hələlik dəqiqləşdirilməyib.
Qeyd edək ki, Lüksemburq yığması Azərbaycan millisi ilə martın 22-də qarşılaşacaq.
