3 mart 2013 00:57
“Heç bir matça arxayın çıxmaq fikrimiz yoxdu”
“Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov klub saytına danışıb. Azerisport.az xəbər verir ki, gənc yarımmüdafiəçi Topaz Premyer Liqasının 22-ci turunun “Turan”la oyunu öncəsi bunları söyləyib:
“Turan”la qarşılaşmada qələbə bizə hava-su kimi gərəklidi. Heç bir matça arxayın çıxmaq fikrimiz yoxdu. Rəqibə hörmətlə yanaşırıq. Əgər üç xal istəyiriksə, bütün qüvvəmizi sərf etməliyik. Xal itkisinə yol verə bilmərik. Rəqibin turnir cədvəlindəki mövqeyi həlledici deyil. Meydanda döyüşən tərəf qalib gəlir”.
