3 mart 2013 01:23
"Bütün matçlara maksimum nəticə üçün çıxmalıyıq"
“Neftçi”nin futbolçusu Mahir Şükürov “Turan”la oyun öncəsi klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Hazırda turnir cədvəlinin ilk pilləsindəyik və bu mövqeyimizi qorumaq üçün bütün görüşlərdə maksimum nəticə üçün oynamalıyıq. Növbəti rəqibimiz olan “Turan” bütün çempionatlarda çıxış etmiş azsaylı komandalardandı. Tovuz təmsilçisi hazırda istədiyi yerdə qərarlaşmayıb, bununla belə matçın asan keçəcəyini düşünmürəm. Bu oyunu da qalib başa vurub həlledici mərhələyə lider qismində başlamaq niyyətindəyik”.
