3 mart 2013 01:51
Böyükağa Hacıyev: İstənilən rəqibə açıq oyun təklif edirik
“Neftçi”nın baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 22-ci turunun “Turan”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları dilə gətirib:
“Turan”la oyuna hazırlıq demək olar ki, başa çatıb. Sabahkı matçda da ənənəmizə sadiq qalaraq hücum futbolu göstərəcəyik. Biz istənilən rəqibə açıq oyun təklif edirik. Bu gün “Turan” ilk altılıqdan kənarda qalsa da, istənilən rəqiblə başa-baş oynamaq gücündədir. Bununla belə məqsədimiz qələbə qazanmaqdır. Çempionluq uğrunda hər xalın əhəmiyyəti böyükdür”.