2 mart 2013 15:55
Skarlatakedən 300000 dollarlıq Çin təklifinə şərh
Yaxınlarda Rumıniya KİV-də “Xəzər-Lənkəran”ın müdafiəçisi Adrian Skarlatakenin Çin futbol klublarından birinin maraq dairəsində olduğu barədə məlumat yayılıb. Məlumatda Skarlatakeyə illik 300 min ABŞ dolları təklifinə baxmayaraq futbolçunun çinlilərlə müqavilədən imtinası da qeyd edilib.
“Xəzər-Lənkəran”a gələnə qədər mənə digər klublardan da təkliflər olub, ancaq Çindən təklif almamışam. İstənilən halda mən Lənkəranı seçərdim, çünki burdakı adamları tanıyıram, klubu, komandanı tanıyıram. “Xəzər-Lənkəran” mənim birinci variantım idi. Axı mən klub prezidentinə, azarkeşlərə qayıdacağım barədə vəd vermişdim və mən sözümü tutdum”, deyə Skarlatake azerisport.az-a bildirib.
