2 mart 2013 14:25

Adrian Skarlatake: Bakes getdi, çünki “Xəzər Lənkəran” pis oynayırdı

“Xəzər-Lənkəran”ın müdafiəçisi Adrian Skarlatake azerisport.az-a müsahibəsində komandasının qarşıdakı oyunlara köklənməsindən, ilk “altılıq” uğrunda mübarizəsindən danışıb.
 
- Bu həftə “Xəzər-Lənkəran”da müxtəlif hadisələr baş verdi. Komandanı baş məşqçi Karles Bakes tərk etdi. Ancaq kubok uğrunda ilk görüşdə komanda “Rəvan”ı məğlub etdi. Gəlin söhbəti bu oyundan başlayaq...
- Təssüf ki oyunun əvvəli bizim üçün pis başladı. Ümumilikdə birinci hissədə biz pis oynadıq. İkinci hissədə komanda toparlandı və ilk hissəyə nisbətən yaxşı oynadıq. Ancaq yenə də bilirik ki, pis oynadıq. Buna baxmayaraq qələbəyə  şadıq.
 
- Heç də yaxşı olmayan oyuna baxmayaraq cavab görüşü ərəfəsində nəticə əldə edildi...
- Elə olur ki, yaxşı oynayıb uduzuruq. Bu dəfə əksinə - pis oynayıb qalib gəldik. Bizə sadəcə qalib gəlmək lazım idi. Bu uğursuz zolağa son vermək lazımdı.
 
- Maraqlıdır ki, komanda Bakesin gedişindən bir gün sonra qələbə qazandı.
- Bu məşqçinin gedişi ilə heç bir halda bağlı deyil. Əvvəl qeyd etdiyim kimi, bizə artıq qələbə qazanmaq lazımdı. Biz sadəcə toparlandıq, öz aramızda danışdıq, qeyd etdik ki, artıq uduzmağa, xal itirməyə son qoymalıyıq.
 
- Qarşıda sizi ilk “altılıq” uğrunda həlledici oyun gözləyir.
- Bilirsiz, çox şey bizim özümüzdən yox, qarşıdakı turda “Bakı” ilə oynayacaq “Rəvan”dan asılıdır. Ümid edirik ki, “Rəvan” ən azı heç-heçə edə biləcək. Biz isə “Sumqayıt”la oyunda üç xal qazanmalıyıq. Bu heç də asan olmayacaq.
 
-  Düşünürsüz ki qələbə qazana bilərsiz?
- “Kimyaçı”lara qarşı oynamaq asan deyil. Əlbəttə, “Rəvan”la “Bakı” arasındakı oyunun nəticəsi vacibdir. Ancaq biz də qələbə qazanmalıyıq, yoxsa bunun heç bir əhəmiyyəti yoxdur.
 
- Sizcə “Rəvan” “Bakı”nı uda biləcək gücdədir? Axı bu oyunda “Bakı”nın da taleyi həll olunur...
- Tamamilə bu gücdədir. Biz kubok uğrunda məğlubiyyətdən güclə qurtulduq. Deyə bilərəm ki, “Rəvan” nəinki heç-heçə edə, hətta qələbə qazana bilər. Ancaq məsələ “Bakı” ilə də bizimlə oynadıqları kimi oynayacaqlarından asılıdır. Məsələn, bizmlə oyunun birinci hissəsində bizim böyük problemlərimiz vardı və biz onlara qarşı ortaya heç nə qoya bilmədik.
 
- Baş məşqçisiz çətin olmayacaq?
- Bəli, baş məşqçisiz çətindir. Ancaq məşqçilər Emin Quliyev və Roketa Kapilla bizə kömək etməyə çalışacaqlar. Buna baxmayaraq, yeni baş məşqçi olana qədər məşqçisiz mübarizə aparacağıq. Qarşıdakı oyunda qələbə qazanmağa çalışacağıq və “Rəvan”ın uğuruna ümid edəcəyik.
 
- Necə bilirsiz, Bakesin uğursuzluğunun səbəbi nədir?
- Bilmirəm. Bilmirəm niyə alınmadı. O, çox çalışırdı. Hər şeyin lazımı tərzdə getməsini istəyirdi. Ancaq alınmadı.
 
- Bəlkə o, komandaya lazımı olanı seçə bilmədi?
- Ola bilər. Bilmirəm. Ancaq bu, yalnız Bakesin günahı deyil. Bütün futbolçular günahkardır. Biz çox pis nəticələr göstərirdik və eyni tərzdə oynayırdıq və bu səbəbdən o, getdi. Prinsipcə, bu, dünya futbolunda adi haldı. Komanda pis nəticələr göstərəndə məşqçi gedir. Azərbaycan futbolunda da belə olur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.