3 mart 2013 17:09
Georgi Çixradze: Kəpəz bu gün yaxşı oynadı
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 22-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Ağır oyun oldu. Başlanğıcda qol buraxdıq ki, bu da işimizi çətinləşdirdi. “Kəpəz” oyun boyu daha bir neçə real qol imkanı yaratdı. Bu gün rəqib yaxşı oynadı. İlk hissədə etdiyimiz iki əvəzetmə oyunumuzu canlandırdı. Cavab qolundan sonra isə daha bir qol vura bilmədik. Hər iki komanda sona kimi mübarizə apardı”.
