3 mart 2013 17:18
Mahmud Qurbanov: Kəpəz bu gün daha istəkli idi
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 22-ci turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Maraqlı oyun oldu, komandamız bu gün daha istəkli idi. Hesabı açdıq, ilk hissədə bu nəticəni qoruya bildik. “Simurq”un iki əvəzetməsi bizə çətinlik yaratdı. “Simurq” kimi komanda ilə oyunda bir xal qazandıq. İlk altılıqda “Simurq”a uğurlar arzulayıram”.
