3 mart 2013 17:56
Əfqan Talıbov: Neftçi Salif Ballonu tam bağlamışdı
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 22-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 2:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çempionatın liderinə qarşı oynayacağımızı bilirdik. Komandalar arasında həm xal, həm də ustalıq baxımından fərq olmasına baxmayaraq, futbolçuları oyuna kökləyə bilmişdik. İlk hissədə qol buraxsaq da, komanda yaxşı oynadı. Lakin ikinci hissədə bu alınmadı. “Neftçi” dəqiq ötürmələr hesabına oyunu ələ aldı, müdafiədə səhvlər buraxmağa başladıq. Ender Günlü hər iki hissədə yaxşı təsir bağışladı, oyunun ən yaxşısı idi. Rəqib Salif Ballonu tam bağlamışdı. Aleksandr Krutskeviçin cəzalı duruma düşməsi bizim üçün böyük itkidi”.
