3 mart 2013 18:05
Ramiz Məmmədov darmadağını şərh etdi
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 22-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 1:6 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Tam fərqli iki hissə oldu, futbolçular, sanki, rahatlaşmışdı. Bu məğlubiyyəti yorğunluqla əlaqələndirmək istəməzdim. Bəzi futbolçularımız oyuna səhlənkar yanaşmışdılar. Nəticədə böyük hesabla məğlub olduq. Toparlanıb kubok oyununda öz oyunumuzu göstərməliyik”.
