3 mart 2013 18:14
Vaqif Sadıqov: Fəxr edirəm ki, belə bir komandam var
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 22-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 6:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Böyük hesabla qalib gəlməyimizə baxmayaraq, oyunun gedişi güclü komandaya qarşı oynadığımızı göstərdi. Bəxtimiz gətirdi ki, “Qəbələ” ilk hissədə qol imkanlarından yararlana bilmədi. İkinci hissəyə daha aqressiv başladıq, oyuna tam nəzarəti ələ aldıq. Fəxr edirəm ki, belə bir komandam var”.
