3 mart 2013 18:24
Emin Quliyev: Bacara bilmədik
“Xəzər Lənkəran”ın məşqçisi Emin Quliyev Topaz Premyer Liqasının 22-ci turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin çalışdırıcısı 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Fərqlənmək üçün imkanlarımız var idi. Lakin bacara bilmədik. Sonadək mübarizə apardıq. Rəqibi bir xal qazanması münasibəti ilə təbrik edirəm”.
