3 mart 2013 18:30
“Xəzər Lənkərana daha çox qol vurmaq imkanımız var idi”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 22-ci turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hər iki komanda yaxşı oyun göstərdi. Futbolçularımı təbrik edirəm. Sona kimi mübarizə apardıq, komandamın oyunundan razı qaldım. İki qol vurduq, amma daha çox imkanımız var idi”.
