3 mart 2013 18:54
“Bu oyunu güclü külək korladı”
“Rəvan”ın baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqasının 22-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bugünkü oyunu güclü külək korladı. Oyuna itkilərlə çıxmışdıq, Adamoviç və Orlovski bu gün oynaya bilmədi. Yaxşı başladıq, istədiyimiz qolu vurduq. Lakin uşaq səhvlərindən qapımızda qollar gördük. Bu oyunu unudub, “Xəzər Lənkəran”la kubok oyununa hazırlaşmalıyıq”.
