3 mart 2013 18:58
“İlk altılığa düşməyə layiq idik”
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 22-ci turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çempionatın başlanğıcında mühüm xallar itirdik. Altılığa düşmək çox çətin oldu. Lakin buna layiq idik, ilk altılıqdayıq. Futbolçularımı təbrik edirəm. Mən tərəfdən onların üzərində təzyiq var idi. Çox vacib oyunda hesabda geri düşsək də, qələbə qazan bildik. Oyundan xoşum gəlmədi, temp çox aşağı idi. İkinci hissədə daha yaxşı oynadıq, qələbə layiq idik”.
