3 mart 2013 19:36
Qurban Qurbanov: Bizə sadəcə dəqiqlik çatışmadı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 22-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hər iki komanda sona kimi mübarizə apardı. Hamı qələbə qazanmaq istəyirdi. Oyun sürətli keçdi. Son dəqiqəyə qədər qələbəyə ümidli idik. Bizə sadəcə dəqiqlik çatışmadı. Hamıdan razı qaldım. Bizə qələbə lazım idi. Amma heç-heçədən də razıyam”.
