3 mart 2013 19:56
Qurban Qurbanov İnterlə oyundan sonrakı davadan danışdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 22-ci turunun “İnter”lə oyunundan sonra yaranan qalmaqala münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, ağdamlıların çalışdırıcısı bunları dilə gətirib:
“Mən davanı görmədim. Amma həmkarım Kaxaber Sxadadze deyir ki, onun oyunçusunu vurublar. Əvvəl elə bildim Nizami Hacıyevi vurublar. Amma sonra gördüm ki, onunla bağlı hər şey qaydasındadı”.
“Mən davanı görmədim. Amma həmkarım Kaxaber Sxadadze deyir ki, onun oyunçusunu vurublar. Əvvəl elə bildim Nizami Hacıyevi vurublar. Amma sonra gördüm ki, onunla bağlı hər şey qaydasındadı”.
