3 mart 2013 20:15

Cavid İmamverdiyev bağışlandı və söz verdi

Bu gün “Neftçi”nin bazasında klubdaxili iclas keçirilib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş toplantıda klub rəhbərliyi, məşqçilər heyəti və futbolçular iştirak edib.
 
“Simurq” klubu ilə oyunda qeyri-etik davranışı səbəbindən qırmızı vərəqə ilə cəzalandırılmış futbolçu Cavid İmamverdiyev klub prezidentinə müraciət edərək, ilk dəfə olaraq belə bir davranışa yol verdiyini və səhv addım atdığını deyib. Məşqçilər heyəti və futbolçular da Cavid İmamverdiyevin bir daha belə səhv addım atmayacağına əminliklərini ifadə ediblər. İlk dəfədi ki, bu hala yol verdiyini deyən futbolçu bunun bir daha təkrarlanmayacağını söz verib:
 
“Simurq”la oyunda emosional davranmaqla səhvə yol verdim. İndiyə kimi heç bir halda rəqib futbolçulara qarşı qeyri-etik davranışım olmamışdı. Təbii ki, səhvimi başa düşürəm və bunun bir daha təkrarlanmayacağına söz verirəm. Klub rəhbərliyi və məşqçilər heyətindən mənə sonuncu dəfə şans vermələrini istədim. Söz verirəm ki, azarkeşlərimiz Avropa Liqası oyunlarında gördükləri Cavid İmamverdiyevi altılıq oyunlarında da izləyəcəklər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.