4 mart 2013 00:35

Gəmisi batan gəmiçilər, ikiyə bölünən elita və Böyük oyunsuz qalan Premyer Liqa

Futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında təsnifat mərhələsinə yekun vuruldu. Azerisport.az xəbər verir ki, təsnifat mərhələsinin son turunun (22-ci tur) bütün qarşılaşmaları eyni gündə baş tutdu.
 
Hesabat turunun ilk oyunu “Dalğa Arena”da keçirildi. Burda “Kəpəz” “Simurq”u qəbul etdi. Hesabı 11-ci dəqiqədə meydan sahiblərindən Şahin Kərimov açdı. 55-ci dəqiqədə isə Mario Bojiç tarazlığı bərpa etdi. Nəticədə oyun 1:1 hesabı ilə başa çatdı. Bununla “Simurq” 2013-cü ildə keçirdiyi 5-ci oyunda (biri kubok) da qələbəyə həsrət qaldı. Zaqatala klubu 4 Premyer Liqa matçında 9 xal itirib. Gəncəlilər isə uzun ayrılıqdan sonra ilk dəfə xal sevinci yaşamış oldular.
 
Bir saat sonra başlayan dörd oyundan üçü ilk altılığa son vəsiqənin taleyi baxamından daha önəmli idi. Medallar uğrunda mübarizə aparmaq şansı olan “Bakı” “Rəvan”ı, “Xəzər Lənkəran” Sumqayıt”ı, AZAL isə “Qəbələ”ni qəbul edirdi. “Bakı”nın taleyi öz əlində olsa da, digər iki komanda paytaxt derbisinin nəticəsini gözləməli idi. Belə ki, həm “Xəzər Lənkəran”, həm də AZAL-a “Bakı”nın büdrəməsi lazım idi. AZAL “Bakı” ilə yanaşı, “Xəzər Lənkəran”ın da xal itirməsinə ümid etməli idi.
 
Amma paytaxtın eyni adlı təmsilçisi rəqiblərinin sevinməsinə imkan vermədi. Düzdü, oyuna “Rəvan” fəal başladı və bunun məntiqi nəticəsi kimi Şəhriyar Rəhimov tezliklə hesabı açdı. Yalnız bundan sonra özünə gələn “Bakı”dan Marius Pena hər hissəyə bir qol vurmaqla dubla və komandasının qələbəsinə imza atdı. Beləcə, ilk altılığa son vəsiqəni “zolaqlılar” özü üçün təmin etdi.
 
“Xəzər Lənkəran” nəinki altılığa düşə bilmədi, hətta ev oyununda növbəti dəfə xal da itirdi. Hesabı 4-cü dəqiqədə qonaq komandadan Mirzağa Hüseynpur açdı. 15-ci dəqiqədə Roberto Alviz penaltini qola çevirib, hesabı bərabərləşdirsə də, fasilədən az sonra Orxan Əliyev yenidən “Xəzər Lənkəran”ı cəzalandırdı. Yalnız matçın sonlarında Alviz ikinci penaltini dəqiq yerinə yetirib, yekun nəticəni müəyyənləşdirdi – 2:2. Beləcə, “Xəzər Lənkəran”ın ikinci altılığa düşməsi ilə Premyer Liqamızın bəzəyi olan “Böyük oyun”ların bu mövsüm bir daha baş tutmayacağı dəqiqləşdi. Çünki bu möhtəşəm derbinin digər iştirakçısı “Neftçi” birinci altılıqda mübarizə aparacaq.
 
AZAL isə hər şeyin acığını “Qəbələ”dən çıxdı. Ramiz Məmmədovun başçılıq etdiyi komanda Bakıda sözün əsl mənasında biabır edildi. Halbuki, hesabı 14-cü dəqiqədə “Qəbələ”dən Mustafa Dabo açmışdı. Lakin irəli atılan AZAL cəmi bir neçə dəqiqə sonra Viktor İbekoyinin qolu ilə tarazlığı bərpa etdi. 47-64-cü dəqiqədərdə dubl edən Cavid Tağıyev AZAL-ı 3:1 hesabı ilə önə keçirdi. Bundan başqa Branislav Arsenyeviç, Zohair Benuahi, Con Olufemi də “Qəbələ”nin qapısına yol tapdı. Lakin 6:1 hesablı qələbə AZAL-ın altılığa düşməsi üçün yetərli olmadı. Qeyd edək ki, qarşılaşmanın son dəqiqələrində Vurğun Hüseynov qırmızı vərəqə alaraq, qonaq komandanı azlıqda qoydu. İlk altılıqda yer alan “Qəbələ”nin final mərhələsi ərəfəsində belə bir darmadağınla üzləşməsinin komandaya necə təsir edəcəyi maraqla gözlənilir.
 
Bu oyunlarla eyni saatda “Neftçi” “Turan”ın qonağı oldu. Hesabı paytaxt klubundan Flavinyo açdı. Lakin hissənin sonlarına yaxın Antonio Rukavina tarazlığı bərpa etdi. Son yarım saatın başlanğıcında Araz Abdullayev, bundan bir qədər sonra da Cavid İmamverdiyev “Turan”ın qapısına növbəti qolları vurdu. Son dəqiqələrdə Ender Günlü fərqi azaltsa da, bu qol sadəcə matçın yekun nəticəsini müəyyənləşdirib – 3:2. Bu nəticə “Neftçi”nin final mərhələsinə lider kimi başalması üçün yetərli olub.
 
Tura və təsnifat mərhələsinə “Qarabağ” – “İnter” oyunu ilə yekun vuruldu. Bu oyunun nəticəsi ikinci pilləni hansı komandanın tutacağını aydınlaşdıracaqdı. Komandalar 90 dəqiqə ərzində qol vura bilmədilər və qarşılaşma 0:0 hesabı ilə başa çatdı. Bununla “İnter” final mərhələsinə ikinci, “Qarabağ” üçüncü pillədə yollandı.
 
Premyer Liqa
22-ci tur
 
KƏPƏZ – SİMURQ - 1:1 (1:0)
Qollar: Ş.Kərimov, 11 (1:0), Mario Bojiç, 53 (1:1).
Sarı vərəqələr: Məhərrəm Hüseynov, 27 (bilərəkdən vaxtı uzatdığına görə); Şahin Kərimov, 40 (qeyri-idman hərəkəti); Cəmşid Məhərrəmov, 53 (qeyri-idman hərəkəti); Bujamin Asani, 56 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə); Georgi Sepiaşvili, 72 (qeyri-idman hərəkəti); Xəyal Zeynalov, 83 (hakimə etiraz) - Rasim Ramaldanov, 43 (qeyri-idman hərəkəti); Tomislav Buşiç, 57 (fitdən sonra topa zərbə).
Hakimlər: Anar Salmanov, Cavanşir Yusifov, Namiq Hüseynov, Tahir  Əhmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
3 mart 2013. Bakı. Dalğa Arena. 50 tamaşaçı.
Kəpəz: 16. Xəyal Zeynalov, 2. Cəmşid Məhərrəmov, 6. Məhərrəm Hüseynov, 7. Pərvin Paşayev (10. Zaur Əsədov, 90+3), 11. Fərid Quliyev (14. Elxan Əzizov, 85), 15. Şahin Kərimov (k), 18. Nikolay Svejentsev, 25. Elgiz Kərəmli, 29. Georgi Sepiaşvili, 30. Vladislav Serebryakov (9. Alan Sotanov, 73), 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 3. Samir Hüseynli, 5. Mətləb Məmmədov, 19. Rahimberdı Baltiyev.
Baş məşqçi: Mahmud Qurbanov.
Simurq: 1. Dmitri Kramarenko, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 12. Tomislav Buşiç, 13. Aleksandr Şemonayev, 19. Nicat Qurbanov (21. Murad Səttarlı, 34), 25. Mario Bojiç (9. Marçin Burhard, 71), 27. Bəxtiyar Soltanov (15. Stepan Polyak, 31), 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 99. Eyyub Əliyev, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 20. Rəşad Eyubov.
Baş məşqçi: Georgi Çixradze.
 
BAKI – RƏVAN - 2:1 (1:1)
Qollar: Şəhriyar Rəhimov, 12 (0:1), Marius Pena, 19 (1:1), Marius Pena, 57 (2:1).
Sarı vərəqələr: Rauf Əliyev, 19 (qeyri-idman hərəkəti); Marius Pena, 82 (qeyri-idman hərəkəti); Nurlan Novruzov, 89 (qeyri-idman hərəkəti) - Nuran Qurbanov, 70 (qeyri-idman hərəkəti); Samuel Barlay, 73 (qeyri-idman hərəkəti); Mindauqas Kalonas, 78 (qeyri-idman hərəkəti); Nodar Məmmədov, 81 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Ramiz Əsədov, Sərxan  İsmayılov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
3 mart 2013. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
Bakı: 82. Edin Nuredinoski, 27. George Popxadze, 5. Aqil Nəbiyev (3. Denis İvanov, 18), 25. Şəhriyar Əliyev, 14. Elvin Əliyev, 8. Junior Vilson, 10. Lukas Mario Horvat, 88. Cavid Hüseynov (77. Aleksandar Soliç, 56), 11. Elvin Məmmədov (k), 24. Marius Pena, 23. Rauf Əliyev (19. Nurlan Novruzov, 77).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 28. Ferdi Elmas, 2. Edemir Rodriqes, 22. Risto Ristoviç.
Baş məşqçi: Bojidar Bandoviç.
Rəvan: 1. Lukaş Sapela, 3. Miloş Zeçeviç (k), 4. Nodar Məmmədov, 8. Tural Axundov, 10. Mindauqas Kalonas, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov, 18. Samuel Barlay (9. Vüsal Qarayev, 85), 27. Nuran Qurbanov, 28. Emin Mustafayev (22. Tofiq Mikayılov, 62).
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 7. Ramil Həşimzadə, 15. Tural Cəlilov, 19. Hüseyn Axundov, 25. Ayaz Mehdiyev.
Baş məşqçi: Ramil Əliyev.
 
XƏZƏR LƏNKƏRAN – SUMQAYIT - 2:2 (1:1)
Qollar: Mirzağa Hüseynpur, 4 (0:1), Roberto Alviz, 14-pen (1:1), Orxan Əliyev, 47 (1:2), Roberto Alviz, 66-pen (2:2).
Sarı vərəqələr: Lusiano Olguin, 16 (qeyri-idman hərəkəti); Eder Bonfim, 38 (qeyri-idman hərəkəti); Adrian Pit, 52 (simulyasiya) - Murad Doymuş, 13 (qeyri-idman hərəkəti); Aqşin Muxtaroğlu, 38 (qeyri-idman hərəkəti); Məhəmməd Mirzəbəyov, 63 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, İsgəndər Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi:Maşallah Əhmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
3 mart 2013. Lənkəran şəhər stadionu. 5500 tamaşaçı.
Xəzər Lənkəran: 30. Antonio Doblas, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 6. Robert Alviz (10. Elnur Abdullayev, 73), 8. Eder Bonfim (24. Gökhan Güleç, 88), 9. Uğur Pamuk (7. Sadio Tounkara, 75), 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 35. Lusiano Olguin, 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç.
Ehtiyat oyunçular: 26. Tərlan Qasımzadə, 17. Kazım Kazımlı, 21. Radomir Todorov, 97. Elnur Cəfərov.
Məşqçi: Emin Quliyev.
Sumqayıt: 1. Səlahət Ağayev, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 8. Aqşin Muxtaroğlu (13. Murad Ağayev, 46), 9. Orxan Əliyev, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 76. Can Akgün (11. Sabir Allahquliyev, 90+1), 77. Mirzəağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 95. Murad Doymuş.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Aftandil Hacıyev, 22. Xəyal Mustafayev, 25. Eldar Cankişiyev, 70. Şamil Camaləddinov.
Baş məşqçi: Bernhard Raab.
 
TURAN – NEFTÇİ - 2:3 (1:1)
İstifadə olunmamış penalti: Bahodir Nasimov, 86.
Qollar: Flavinyo, 11 (0:1), Antonio Rukavina, 35 (1:1), Araz Abdullayev, 61 (1:2), Cavid İmamverdiyev, 75 (1:3), Ender Günlü, 84 (2:3).
Sarı vərəqələr: Aleksandr Krutskeviç, 85 (qeyri-idman hərəkəti) // Erik Ramos, 29 (perspektivli hücumun qarşısını kəsdiyinə görə).
Hakimlər: Elvin Əsgərov, İlham Əliyev, Rza Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi:Məmmədəli Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
3 mart 2013. Bakı. İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 500 tamaşaçı.
Turan: 28. Andrey Popoviç, 2. Dmitri Pospelov, 3. Anatoli Stukalov, 6. Mikayıl Rəhimov, 26. Aleksandr Krustkeviç, 19. Asəf Qədiri (21. Elşad Manafov, 66), 25. Antonio Rukavina, 10. Ender Günlü (k), 23. İrakli Beraya (5. Vasif Rzayev, 63), 17. Fərmayıl Əliyev, 11. Salif Ballo (20. David Janelidze, 78).
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 7. Azər Məmmədov, 4. Vüqar Bəybalayev, 22. Rəşad Hacızadə.
Baş məşqçi: Əfqan Talıbov.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 9. Flavinyo, 11. Nikolas Kanales (14. Bahodir Nasimov, 78), 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov, 28. Emin Mehdiyev (25. Cavid İmamverdiyev, 46), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Conni Leoni, 2. Xose Luis Kabion, 8. Elşən Abdullayev, 20. Eşqin Quliyev, 33. Orxan Bəşirov.
Baş məşqçi: Böyükağa Hacıyev.
 
AZAL – QƏBƏLƏ - 6:1 (1:1)
Qollar: Mustafa Dabo, 12 (0:1), Viktor İbekoyi, 17 (1:1), Cavid Tağıyev, 47 (2:1), Cavid Tağıyev, 60 (3:1), Branislav Arsenyeviç, 71 (4:1), Zohair Benuahi, 77 (5:1), Con Olufemi, 90+3 (6:1).
Sarı vərəqələr: Oskars Klava, 23 (qeyri-idman hərəkəti); Taqim Novruzov, 56 (qeyri-idman hərəkəti); Cahangir Həsənzadə, 59 (oyunun bərpasını gecikdirdiyi üçün); Viktor İqbekoyi, 84 (qeyri-idman hərəkəti) - İfeanyi Emeqara, 35 (sistematik qayda pozuntusuna görə); Luis Paulo Hilario, 45+1 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 64 (əllə oyun); 83 (qeyri-idman hərəkəti); Ceyhun Sultanov, 84 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Vurğun Hüseynov, 83 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi:Sakin Məmmədzadə.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
3 mart 2013. Bakı. AZAL Arena. 500 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə (k), 15. Oskar Klyava, 3. Usim Nduka , 20. Branislav Arsenyeviç, 6. Tagim Novruzov, 17. Viktor İbekoyi (23. Tural Nərimanov, 85), 7. Cavid Tağıyev, 11. Zohair Benouahi (28. Con Olufemi, 78), 99. Orxan Həsənov (32. Vladimir Boqdanoviç, 32), 2. Xuan Fransisko, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 22. Ruslan Tağızadə, 37. Andrius Veliçka, 19. Orxan Səfiyaroğlu.
Baş məşqçi: Vaqif Sadıqov.
Qəbələ: 30. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 4. Amit Quluzadə, 5. Luka Zinko (11. Yannik Kamanan, 53), 8. Kristian Pulhak, 10. Dodo, 14. Mustafa Dabo, 15. Omar Kalaban, 16. İfeanyi Emeqara (34. Ürfan Abbasov, 53), 26. Daniel Lopes Kruz (90. Ceyhun Sultanov, 60), 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 6. Nikola Valentiç, 7. Yaşar Abuzərov, 23. Şəhriyar Xəlilov.
Baş məşqçi: Ramiz Məmmədov.
 
QARABAĞ – İNTER - 0:0 (0:0)
Sarı vərəqələr: Əfran İsmayılov, 51 (qeyri-idman hərəkəti) - Vladimir Levin, 44 (qeyri-idman hərəkəti); Abdulla Abatsiyev, 87 (qeyri-idman hərəkəti); Robertinyo Soares, 87 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Nahid Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi:Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
3 mart 2013. Bakı. T.Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı.
Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 32. Toğrul Bilallı (10. Muarem Muarem, 46), 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 21. Reynaldo Silva, 33. Təmkin Xəlilzadə, 44. Eltun Yaqublu, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
İnter: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 11. Asif Məmmədov (8. Nizami Hacıyev, 70), 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 25. İbrahima Niasse (24. Fuad Bayramov, 80), 28. Baçana Sxadadze (17. Robertinyo Soares, 64), 30. Yuri Fomenko, 47. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 4. Valeri Abramidze, 9. Daniel Genov, 7. Ruslan Əmircanov.
Baş məşqçi: Kaxaber Sxadadze.
 
1 Neftçi 22 14 2 6 47 24 +23 44
2 İnter 22 11 8 3 24 12 +12 41
3 Qarabağ 22 10 9 3 30 19 +11 39
4 Simurq 22 9 9 4 25 15 +10 36
5 Qəbələ 22 9 5 8 26 27 –1 32
6 Bakı 22 6 12 4 24 15 +9 30
7 AZAL 22 7 8 7 32 25 +7 29
8 XL 22 7 7 8 32 27 +5 28
9 Turan 22 6 5 11 24 35 –11 23
10 Rəvan 22 6 4 12 23 36 –13 22
10 Sumqayıt 22 5 7 10 20 39 –19 22
12 Kəpəz 22 2 4 16 12 45 –33 10
 
Bombardirlər:
20 - Nikolas Kanales (Neftçi)
11 - Franko Nildo (AZAL)
9 - Salif Ballo (Turan)
8 - Riçard Almeyda (Qarabağ), Zohair Benuahi (AZAL)
7 - Baçana Sxadadze (İnter), Xuan Manuel Varea (Rəvan).

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.