3 mart 2013 12:20
Rail Məlikov Boluspora qarşı oynamayacaq
Rail Məlikov futbol üzrə Türkiyə birinci divizionun növbəti turu çərçivəsində keçiriləcək “Denizlispor” - “Boluspor” oyununda meydana çıxmayacaq. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Məlikovu cəza müddətinin bitməsinə baxmayaraq əsas heyətə qaytarmağa tələsmir. Ancaq əsas amil Məlikovun səhhəti ilə bağlı bir qədər problemlərin olmasındadır.
