3 mart 2013 11:33
Gökdemir iki həftəlik sıradan çıxdı
Futbol üzrə Azərbaycan yığma komandasının yarımmüdafiəçisi Əli Gökdəmir məşqdə aldığı zədə nəticəsində iki həftə meydandan kənarda qalmalı olacaq. Azerisport.az xəbər verir ki, bu səbəbdən Gökdəmir “Hannover” - “Borussia” oyununun iştirak ərizəsinə salınmayıb və komandanın gənclərdən ibarət heyətində oynaya bilməyib. Gökdəmirin 2014-cü il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində yığmanın Lüksemburq və Portuqaliya ilə oyunlara hazırlığı məqsədi ilə təşkil olunacaq təlim-məşq toplanışında iştirakı da hələlik sual doğurur.
