3 mart 2013 11:00

22-ci tur Abdullayevin gözü ilə

Futbol mütəxəssisi Oqtay Abdullayev futbol üzrə Azərbaycan Premyer-liqasının 22-ci turu çərçivəsində baş tutacaq oyunlar barədə azerisport.az-a şərh verib.
 
KƏPƏZ - SİMURQ
Güman edirəm ki, burada xüsusi variantlar yoxdu. “Simurq” ilk “altılıq”da yerini təmin etsə də, xal yığmaq lazımdı. Düşünmürəm ki “Kəpəz” “Simurq”a müqavimət gücündə olsun. “Simurq” 3 xalı götürəcək.
 
RƏVAN - BAKI
Bu, “Bakı”nın ilk “altılığ”a düşmək üçün son şanslıdı və düşünmürəm ki onlar bu imkanı əldən versinlər. “Rəvan” yaxşı komanda olsa da, çempionatda artıq heç nəyə iddialı deyil. Hər hansı məqsəd üçün mübarizə səbəbi yoxdu. Bu planda “Bakı” daha motivasiyalıdı.
 
XƏZƏR-LƏNKƏRAN - SUMQAYIT
“Xəzər-Lənkəran”ın vəziyyəti “Bakı” ilə oxşardı. Ancaq şansları daha azdı. İstənilən halda cənublulara qələbə lazımdı. Ümumilikdə Lənkəran komandası daha güclü olacaq. Qələbə “Xəzər-Lənkəran”ın olacaq.
 
TURAN - NEFTÇİ
Tovuz komandasının son vaxtlar yaxşı oyun sərgiləməsinə baxmayaraq onların “Neftçi”ni dayandıra biləcəyinə inanmıram. Bakılılar dövrəyə düşüblər, onlar yüksəlişdədirlər və mütəmadi olaraq xallar yığırlar. “Neftçi” qalib gələcək.
 
AZAL - QƏBƏLƏ
Çox ağır, çətin oyun olacaq. “Qəbələ” ilk “altılıq”da olsa da, AZAL bura düşmək əzmindədir. Məhz buna görə çətin, maraqlı oyun gözlənilir. Həmçinin AZAL-ın şansları birbaşa özündən asılı deyil. “Bakı” və “Xəzər-Lənkəran”ın oyunlarının nəticələri də buna təsir göstərəcək. Bu komandaların hər ikisi xal itirərsə, AZAL qalib gələcəyi təqdirdə məhz onlar ilk “altılığ”a vəsiqəni təmin etmiş olacaqlar. Düşünürəm ki, bütün bunlara baxmayaraq bu oyun heç-heçə başa çatacaq.
 
QARABAĞ - İNTER
Qələbə qazanacağı halda “Qarabağ” ikinci sıraya yüksələcək. Çətin ki “İnter” rəqibə bu şansı asanlıqla versin. Döyüşkən oyun olacaq. Hər iki komanda qələbəyə oynayacaq. Ancaq mən heç-heçə olacağını düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.