4 mart 2013 01:03
Elhad Nəziri yenə oynamadı, Petrolul qələbə qazandı
Rumıniyanın “Petrolul” klubu ölkə çempionatında növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin komandası 21-ci tur çərçivəsində “CSM Iasi” ilə qarşılaşıb.
Qarşılaşma həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb. “Petrolul” doğma meydanda 2:1 hesablı qələbəyə sevinib. Nəziri bu görüşdə də iştirak etməyib.
Qeyd edək ki, “Petrolul” 21 oyundan sonra topladığı 37 xalla 4-cü pillədə yer alıb.
