4 mart 2013 01:46
Futbolçularımızın komandası heç-heçə etdi, özləri oynamadı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası PTT Birinci Liqanın 24-cü turu çərçivəsində “Boluspor” ilə qarşılaşıb.
Oyun rəqib meydanda keçirilib. Dənizli klubu bu görüşdən çətinliklə də olsa, 1 xalla ayrılmağı bacarıb.
Bu görüşdə futbolçularımızın heç biri iştirak etməyiblər. Onların adları heç ilk “18-liy”ə də daxil edilməyib.
Qeyd edək ki, Ariflə Railin komandası 24 oyuna 29 xalla 13-cü yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
24-cü tur
3 mart
Boluspor – Denizlispor - 1:1
