4 mart 2013 02:22
Cihan Özkara yenə oynamadı, komandası uduzdu
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu Türkiyənin “Sivasspor” klubu Super Liqada növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, sivaslılar 24-cü tur çərçivəsində “Bursaspor”la qarşılaşıblar.
Rəqib meydanında keçirilən görüş Cihanın komandasının məğlubiyyəti ilə başa çatıb – 0:1. Özkara qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Cihanın komandası hazırda 29 xalla 12-ci yerdə gedir.
