4 mart 2013 18:35

“Özümü xilaskar saymıram”

“Qarabağ” sonuncu turda “İnter”lə bərabərliyə razılaşaraq təsnifat mərhələsini 3-cü sırada bitirdi. Azerisport.az xəbər verir ki, Ağdam klubu önəmli qarşılaşmaya ciddi itkilərlə çıxmışdı.
 
Ansi Aqolli cəza, Riçard Almeyda, Branimir Subaşiç, Kristian Torres zədə, Emeka Opara isə hazır olmadığına görə “bankirlər”lə oyunda meydana çıxa bilmədi. Belədə çoxlarının gözləmədiyi halda komandanın baş məşqçisi Qurban Qurbanovun Toğrul Bilallıya start heyətində yer verdi.
 
“Qarabağ”ın 20 yaşlı yetirməsi 45 dəqiqə meydanda qalsa da, xüsusilə hissənin sonlarına yaxın həyəcanını atdığı diqqət çəkirdi. Toğrul bu münasibətlə təəssüratlarını bölüşüb:
 
“Deməzdim ki, xüsusi bir həyəcanım vardı. Təbii ki, “İnter”lə oyun olduğuna görə bir qədər fərqlilik vardı. Turnir cədvəli baxımından oyun vacib idi. Görüşdən qabaq Qurban müəllim nə dedi? Bildirdi ki, rahat ol, təlim-məşq toplanışında oyunlara neçə çıxırdınsa, eyni tərzdə meydana çıx. Dedi ki, mümkün qədər Vüqar və Əfranın sürətindən istifadə et. Onları topla təmin etməyimi istədi. İlk hissədən sonra Qurban müəllim mənə təşəkkür etdi. Oyunuma qiymət verməyim düzgün olmaz. İlk hədəfim daha çox oynamaq şansı qazanmaqdı. Meydanın mərkəzində, hücumçuların arxasında oynamaq mənə daha xoşdu. Avropada bu mövqedə oynayanlardan Xavi, İnyestadan xoşum gəlir. Yox, komanda yoldaşlarım ona görə məni “İnyesta” çağırmırlar (gülür). Bəlkə də onun kimi sakitəm və onun kimi qol vurmaqdan daha çox ötürmə verməkdən xoşum gəlir. Azərbaycanda isə Rəşad Sadiqov “Qarabağ”da oynayarkən mənə nümunə olub. Futbolumuzda pleymeyker probleminin olub-olmadığını deyə bilmərəm. Özümü xilaskar saymıram. Mənim futbol istəyim, daha sadə futboldu: daha çox ötürmə və komanda naminə oynanılan futbol”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.