4 mart 2013 11:16
Nizami Hacıyev: Kim tərəfindən vurulduğumu bilirəm
“İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev Topaz Premyer Liqasının 22-ci turunun “Qarabağ”la oyunundan sonra yaranan qalmaqala münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Oyundan sonra dava düşdüyünü görüb, uşaqları sakitləşdirməyə, ayırmağa qərar verdim. Amma həmin vaxt “Qarabağ”ın yerli futbolçularından biri tərəfindən özüm zərbə aldım. Maraqlıdı, mən ayırmaq istəyirəm, özümkü məni vurur.... Onsuz da kim tərəfindən vurulduğumu bilirəm”.
