4 mart 2013 12:21

22-ci tur Premyer Liqamızda ən məhsuldar oldu

Topaz Premyer Liqasında mövsümün 300-cü qolu vurulub. Azerisport.az xəbər verir ki, nəticəsi ləğv olunan “Simurq” – “Rəvan” oyunundakı texniki nəticə nəzərə alınmasa, təsnifat mərhələsinin son turunadək 295 qol vurulmuşdu.
 
Günün 5-ci qolu yubiley xarakteri daşımalı idi. Eyni saatda başlayan AZAL – “Qəbələ” və “Bakı” - “Rəvan”matçlarının hər ikisinin 12-ci dəqiqəsində qol vuruldu. Bunadək artıq 4 top qeydə alınmışdı. Mustafa Dabonun AZAL, Şəhriyar Rəhimovun “Bakı”ya vurduğu qollar 300-cüyə şərik oldular.

Qeyd edək ki, 2012/13 mövsümünün ilk qolunu “Kəpəz”də oynadığı vaxt İrakli Beraya, 100-cü qolunu “İnter”li Nizami Hacıyev, 200-cünü AZAL-ın hücumçusu Zohair Benouahi vurub.

22-ci turun 6 oyununda qapılara ümumilikdə 21 qol vuruldu. Bu da mövsümün yeni rekordudur. Bunadək ən çox – 19 qol 2 dəfə 11-ci və 13-cü turlarda vurulmuşdu. Son turun orta məhsuldarlığı 3,50-yə bərabər oldu. Cəmi 4 matçın baş tutduğu 4-cü turda da orta rəqəm 3,50 idi. Ən az – 7 qol isə 7-ci və 10-cu turlara təsadüf edib. 7-ci turda 5, 10-cu turda isə 6 matça cəmi 7 qol vurulub.
Qeyd edək ki, 6 oyun təxirə salındığı üçün müxtəlif vaxtlarda baş tutub.
 
Tur
oyun
Qol
orta
1
5
13
2,60
2
6
11
1,83
3
6
17
2,83
4
4
14
3,50
5
6
17
2,83
6
5
13
2,60
7
5
7
1,40
8
6
10
1,67
9
6
12
2.00
10
6
7
1,17
11
6
19
3,17
12
6
11
1,83
13
6
19
3,17
14
6
13
2,17
15
6
15
2,5
16
5
11
2,2
17
6
11
1,83
18
5
13
2,6
19
6
16
2,67
20
6
18
3
21
6
13
2,17
22
6
21
3,5
Təxirə salınan oyunlar
6
15
2,5
Cəmi
131
316
2,41

Nəticəsi ləğv olunan “Simurq” – “Rəvan” oyunu nəzərə alınmamaqla təsnifat mərhələsində 131 matç keçirilib. Bu qarşılaşmalarda 316 qol vurulub. Orta məhsuldarlıq 2,41-əbərabər olub. Bu qolların 183-nü meydan sahibləri, 133-nü qonaqlar vurub. İlk hissədə 143, fasilədən sonra 173 top vurulub. Meydan sahibləri birinci hissədədə (82:61), ikinci hissədə də (101:72) qonaqlardan çox fərqlənib. 316 qoldan 24-ü penaltidən vurulub. 8-i isə avtoqol kimi qeydə alınıb. Təsnifat mərhələsində2 poker, 1 het-trik, 22 dubla təsadüf olunub.

Qol sayında rekordla əlamətdar olan 22-ci turda bir antirekord da qeydə alınıb.“Kəpəz” – “Simurq” matçını cəmi 50 tamaşaçı izləyib. Gəncə təmsilçisinin “Dalğa Arena”da keçirdiyi ev oyunu Premyer Liqanın təsnifat mərhələsində ən az tamaşaçının qeydə alındığı qarşılaşmadır.

Qeyd edək ki, ən çox tamaşaçı isə 19-cu turun “Xəzər Lənkəran” – “İnter”matçına təsadüf edib – 11000.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.