4 mart 2013 12:53
Azərbaycan və Özbəkistanın veteran futbolçuları qarşılaşacaq
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq AFFA ilə Futbol Veteranları İttifaqı bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan futbol veteranları ilə müxtəlif xarici ölkələrin futbol veteranları arasında yoldaşlıq oyunu keçiriləcək.
Azərbaycan futbol veteranları ilə Özbəkistan futbol veteranları arasında yoldaşlıq oyunu keçiriləcək.
Yoldaşlıq görüşlərinin tarixi və vaxtı ilə bağlı hələlik dəqiq məlumat verilmir. Sadəcə, o məlumdu ki, birinci oyun Bakıda və ikinci qarşılaşma isə ölkəmizin Özbəkistandakı səfirliyinin dəstəyi ilə səfərdə təşkil olunacaq.
