5 mart 2013 00:56
Azərbaycan Premyer Liqası 50 900 000 avro dəyərində!
Futbol üzrə Azərbaycan çempionatının dəyəri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqası 50 900 000 avroluq göstərici ilə Avropada 32-ci yerdə gedir.
Qeyd edək ki, bu qiymətləndirməni Almaniyanın məşhur transfermarkt.de saytı həyata keçirib. Saytın əməkdaşları Avropa ölkələrinin əsas çempionatlarında çıxış edən klubların bütün futbolçularını qiymətləndirməklə, hər bir çempionata ayrıca qiymət qoyub. Azərbaycan 50 900 000 avroluq göstərici ilə Gürcüstan, Qazaxıstan, Makedoniya, Ermənistan, Estoniya və daha bir neçə ölkəni qabaqlamağa nail olub.
Bütövlükdə isə, siyahıya İngiltərə başçılıq edir. Premyer Liqa 3 374 750 000 avroluq göstərici ilə liderdi. İspaniya La Liqası ikinci (2 652 350 000), İtaliya A Seriyası (2 155 950 000) üçüncüdü.
