4 mart 2013 13:49

Ramin Musayev: Qarabağ buna görə cəzalanacaq

Bazar günü Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"la "İnter" arasında keçirilən Premyer Liqanın 22-ci turunun oyunundan sonra "İnter"in futbolçularının döyülməsi faktı pislənilir. Azerisport.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
 
Musayev bildirib ki, baş verən insidentə görə "Qarabağ" komandası cəzalandırılacaq: "Dünyanın hər yerində belə hadisələr olur. Amma sözsüz ki, baş verən insident arzuolunmaz hadisədi. Heç kəs belə hadisələrin olmasının tərəfdarı deyil. İdmanda mübahisə də olur, qalmaqal da olur, hər şey olur. Qəbul edən komanda çalışmalıdı ki, qonaq komandanı lazımi qaydada qarşılasın və yola salsın. Bu da "Qarabağ" komandasının öhdəsinə düşür. Ona görə də "Qarabağ" komandası sözsüz cəzalanacaq".
 
PFL prezidenti "Qarabağ" klubuna hansı cəza növü tətbiq ediləcəyi barədə məlumat verməyib.
 
Qeyd edək ki, oyundan sonra "İnter" komandasının bəzi oyunçuları mülki şəxslər tərəfindən fiziki təzyiqə məruz qalıb. Mülki şəxslər arasında "Qarabağ" komandasının kapitanı Rəşad Sadıqovun qardaşı da olub. İnsidentə səbəb "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla hələ oyunun gedişində "İnter"in braziliyalı hücumçusu Robertinyo arasında toqquşma olub. İnsident zamanı "İnter" klubunun bir neçə oyunçusu xəsarət alıb.
 
"İnter"in baş direktor müavini Səbuhi Səfiyarlı bildirib ki, futbolçular paltardəyişmə otağına gedərkən mülki geyimli şəxlərin hücumuna məruz qalıb. O, konkret olaraq Robertinyoya bir neçə zərbə endirildiyini deyib. Onun sözlərinə görə, bundan başqa, "İnter"in futbolçularından Fuad Bayramov, Nizami Hacıyev də xəsarət alıb.
 
Oyundan sonra Rəşad Sadıqovun qardaşının da polis tərəfindən saxlanıldığı bildirilir. Bu insidentlə bağlı "İnter"in baş məşqçisi Kaxaber Szadadze oyundan sonra keçirilən mətbuat konfransına qatılmayıb. O, bunu futbolçularının fiziki təzyiqə məruz qalması ilə əlaqələndirib. (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.