5 mart 2013 01:28
Azərbaycan Türkiyə, İsrail və Macarıstanla eyni qrupda
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının Avroliqa-2013-dəki rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız təsnifat mərhələsində İsrail, Macarıstan və Türkiyə ilə qarşılaşacaq.
Oyunlar iyunun 14-dən 16-dək İtaliyada keçiriləcək. Qeyd edək ki, komandamız mərhələ keçmək üçün ya qrup lideri, ya da ən yaxşı gösətiriciyə malik iki qrup ikincisindən biri olmalıdı.
