4 mart 2013 14:59
Yığmamızın forvardı Anjidə 4-cü qolunu vurdu
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rizvan Umarov Rusiyanın “Anji” klubunun əvəzedici heyətində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, millimizin forvardı Noverçin “Tromse” klubundan olan həmyaşıdlarına qarşı oyunun iştirakçısı olub.
Oyun “Anji”nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Rəqib qapısına vurulan qollardan birinin müəllifi məhz Umarov olub.
Qeyd edək ki, bu, Rizvanın “Anji”dəki dördüncü qoludu. Bundan öncə o, “Volqar” (1:2), “Rubin” (1:1), “Krılya Sovetov” (2:2) ilə sınaq qarşılaşmalarında da fərqlənmişdi.
